PSJ baş məşqçi Luis Enrike ilə yeni müqavilə imzalamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, danışıqlar son mərhələdədir və müsbət gedir. Cari mövsümün sonuna qədər yekun razılaşmanın əldə edilməsi gözlənilir və yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.

Enrikenin maaşında əhəmiyyətli artım gözlənilir və bu da ispaniyalı mütəxəssisi Avropanın ən yüksək maaş alan məşqçilərindən biri edəcək.

Qeyd edək ki, Enrikenin hazırkı müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir. Artıq bir çox klub onunla maraqlandığını bildirib, lakin PSJ uzunmüddətli tərəfdaşlıqda maraqlıdır və buna görə də yeni şərtlərlə bağlı danışıqlara başlayıb.

O, Fransa komandasını 2023-cü ilin yayında təhvil alıb. Bu müddət ərzində onun komandası 10 kubok qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest