"İnter"in prezidenti Cüzeppe Marotta İtaliya Futbol Federasiyasının yeni rəhbəri ola bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Marko Konterio paylaşıb.

İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib və bu, bütün İtaliya futbol iyerarxiyasında köklü dəyişikliklərə ehtiyac olduğu barədə müzakirələrə səbəb olub. İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina özü istefa verməkdən imtina edib, lakin onun taleyi gələn həftə təşkilatın Federal Şurasında həll olunacaq.

Qravinanın yerinə bir neçə namizəd nəzərdən keçirilir. Onlardan biri "İnter"in prezidenti Cüzeppe Marottadır.

2026-cı il Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə rəhbərlik etmiş İtaliya MOK-unun (CONI) keçmiş prezidenti Covanni Malaqo da namizədlər sırasındadır. Digər namizədlər arasında Liqa Pro prezidenti Matteo Marani və hazırkı CONI katibi Karlo Mornati də var.

Qeyd edək ki, Qabriele Qravina 2018-ci ilin oktyabr ayından bəri İtaliya Futbol Federasiyasına rəhbərlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest