FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Matc.az xəbər verir ki, siyahıya 1877.32 əmsalla Fransa yığması başçılıq edir. İspaniya seçməsi 2-ci, son dünya çempionu Argentina isə 3-cü yerdədir.

İngiltərə, Portuqaliya, Braziliya, Niderland, Mərakeş, Belçika və Almaniya müvafiq olaraq növbəti pillələrdə yer alıblar.

Ötən gün Kosovonu məğlub etməklə DÇ-2026-ya vəsiqə qazanan Türkiyə millisi 1599.04 xalla 22-ci yerdədir.

Azərbaycan milli komandasının da mövqqeyi məlum olub. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1136.67 əmsalla 124-cü yerdədir. Yığmamız ötən ayla müqayisədə 4 pillə irəliləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest