"Hoffenheym" mövsümün sonunda müqaviləsi başa çatan Ozan Kabakı komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

Bundesliqa təmsilçisi türkiyəli futbolçu ilə yeni sözləşmə imzalamağa çalışır. Klub artıq 25 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Ozan Kabak 2022-ci ilin yayından "Hoffenhaym"da çıxış edir. Türkiyə millisinin üzvü bu mövsüm "mavi-ağlar"ın heyətində keçirdiyi 19 oyunda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest