AFFA İntizam Komitəsi "Şahdağ Qusar"ın futbolçusu Aqostinyo Çipesseni 3 oyunluq cəzalandırıb.

Matc.az xəbər verir ki, qərar komitənin bugünkü iclasında verilib.

Anqolalı yarımmüdafiəçi 1-ci liqanın 19-cu turunda  “Şəfa” ilə görüşdəki qayda pozuntusuna görə bu cəzanı alıb. O, matçın 90+3-cü dəqiqəsində rəqibə qarşı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə almışdı.

Bundan başqa, “Şahdağ Qusar” klubu 900 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest