İtaliya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin pley-off final oyununda Bosniya və Herseqovina yığmasına penaltilər seriyasında məğlub olub.

Matc.az xəbər verir ki, qarşılaşmadan sonra “Skuadra Adzurra”nın müdafiəçisi Leonardo Spinatsola komandasının çıxışını şərh edib. 33 yaşlı futbolçu mundialdan kənarda qalmağın ölkə üçün böyük məyusluq olduğunu deyib:

“Uzun müddət azlıqda oynadığımız bu matçı belə başa vurduğumuza hələ də inana bilmirəm. Oyunu penaltilərə aparmaq üçün böyük mübarizə apardıq. Halbuki 3-4 qol vurub bu əzablara daha tez son qoya bilərdik. Bu, ölkədə hamı üçün böyük məyusluqdur. Uşaqlarımız İtaliyasız növbəti dünya çempionatını izləməyə məcbur qalacaqlar. Onların buna görə ağladığını görmək çox üzücüdür. Ümid edirəm ki, gələcəkdə onlar yenə ağlayacaqlar, amma bu dəfə yığmanın uğurlarına görə sevinc göz yaşları olacaq. Mənim üçün isə bu, dünya çempionatında oynamaq üçün son şans idi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest