"Fənərbaxça"nın yarımmüdasfiəçisi Sebastian Şimanski karyerasını Fransada davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Renn" polşalı futbolçunun transferi ilə bağlı razılıq əldə edib. Fransa klubu 26 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün İstanbul nəhənginə 9+2 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 26 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest