Avqustun 23-də XXVII ölkə birinciliyində üçüncü yer uğrunda və final oyunları keçirilib.

AFFA-nın dəstəyi və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının təşkilatçılığı ilə həvəskar futbolçular arasında keçirilən XXVII Azərbaycan birinciliyinin qalibi müəyyənləşib.

Matc.az xəbər verir ki, avqustun 23-də XXVII ölkə birinciliyində üçüncü yer uğrunda və final oyunları keçirilib.

Üçüncü yer uğrunda qarşılaşmada "Ağsu" FK və Bərdənin "Pambıqçı" komandası üz-üzə gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələn "Ağsu" FK XXVII ölkə birinciliyinin bürünc mükafatçısı olub.

Günün final qarşılaşmasında isə Cəlilabadın "Zəfər-44" komandası ilə "Ağcabədi" FK komandası qarşılaşıb. Görüş "Ağcabədi" FK-nın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, "Ağcabədi" FK XXVII ölkə birinciliyinin qalibi, "Zəfər-44" komandası isə ikinci yerin sahibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest