"Sabah"la oyunda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "ağ-qaralar" 5000 manat cərimə edilib.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"Sabah"la oyunda “Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "ağ-qaralar" 5000 manat cərimə edilib.
“İmişli” ilə matçın 90+13-cü dəqiqəsində “Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Klub isə 1000 manat cərimələnib.
Həmin qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” 700 manat cərimə ödəyəcək.






_1765367119.jpg)





