"Yuventus"un qapıçısı Qulyelmo Vikario Turin klubundakı debüt oyununda qarşılaşmanın sonuna qədər meydanda qala bilməyib.

Matc.az xəbər verir ki, italyan qapıçı oyuna əlavə olunmuş dəqiqələrdə əvəzlənib. "Qoca sinyora"nın qapısında onu Mattia Perin əvəzləyib.

İtaliya millisinin qolkiperinin zədəsinin nə dərəcədə ciddi olduğu hələlik dəqiq məlum deyil.

Qeyd edək ki, A Seriyasının 2026/27 mövsümünün start oyununda turinlilər braziliyalı Qleyson Bremerin qolu sayəsində "Frozinone"yə minimal hesabla qalib gəliblər – 1:0.

Xatırladaq ki, "Yuventus" Vikarionu İngiltərənin "Tottenhem" klubundan cari 2026/27 mövsümünün sonuna qədər icarəyə götürüb. Müqavilədə 8 milyon avro transfer qiyməti və mümkün 2 milyon avro bonus qarşılığında futbolçunu birdəfəlik satın alma bəndi də var.

Beləliklə, Qulyelmo 3 illik fasilədən sonra yenidən İtaliya futboluna qayıdıb. O, karyerası ərzində "Peruca", "Venesitya", "Empoli", "Kalyari" və "Udineze" klublarının da şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest