A Seriyasının “Napoli”yə qarşı səfər oyunu ərəfəsində “Yuventus” komandası qarşılanma ilə üzləşib.

Matc.az xəbər verir ki, Turin klubunun avtobusu stadion yolunda daşlı hücuma məruz qalıb. Nəticədə bir neçə şüşə zədələnib. Xoşbəxtlikdən oyunçular və heyət üzvləri arasında xəsarət alan olmayıb.

“Yuventus” Neapolda gərgin atmosfer gözləyirdi. Bunun səbəbi isə Lusiano Spalettinin “Napoli”ni 2023-cü ildə çempion etdikdən sonra ilk dəfə rəqib komandanın baş məşqçisi kimi Dieqo Maradona adına stadiona qayıtması idi.

"Ağ-qaralar" riskləri minimuma endirmək üçün cənuba yalnız oyun günü yollanıb və “Napoli”nin hazırkı baş məşqçisi Antonio Kontenin evinə yaxın bir oteldə məskunlaşıblar.

Buna baxmayaraq, aqressiv azarkeşlər stadion yolunda komanda avtobusunu daşlarla hücuma məruz qoyublar. Turin klubu insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest