15 Noyabr 2025, 09:21
FUTBOL
"Real"ın prezidenti Florentino Peres postunu tərk etmək qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Pepe Alvares məlumat verib.
Peresin klubun referendumu dəstəkləyib-dəstəkləməməsindən asılı olmayaraq, hakimiyyətin nizamlı şəkildə ötürülməsini istədiyi bildirilir.
Qeyd edək ki, Peres 2000-ci ildən 2006-cı ilə qədər Madrid prezidenti vəzifəsində çalışıb. O, bu vəzifəyə 2009-cu ildə yenidən qayıdıb. Onun rəhbərliyi altında klub 37 kubok qazanıb, o cümlədən yeddi dəfə Çempionlar Liqasının qalibi olub.
78 yaşlı funksiyonerin səlahiyyət müddəti 2028-ci ilə qədərdir.












