24 Avqust 2026, 22:37
FUTBOL
"Mançester Siti"nin 24 yaşlı yarımmüdafiəçisi Niko Qonsales "Nyukasl"a keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, "sağsağanlar" yarımmüdafiəçinin transferi ilə bağlı "şəhərlilər"lə şifahi razılıq əldə ediblər. Transfer məbləği 47 milyon funt-sterlinq, həmçinin bonuslar şəklində daha 3 milyon funt-sterlinq təşkil edəcək.
Niko özü də komandanın əsas oyunçularından birinə çevrilməli olduğu bu keçidə razılıq verib.
Qeyd edək ki, Qonsales "Mançester Siti"yə ötən ilin fevralında, komandanı Pep Qvardiola idarə etdiyi vaxtda "Portu"dan qoşulub.
İspaniyalı futbolçu 2025/26 mövsümündə daxili çempionatda 25 matça çıxıb və 1 qol vurub.






_1787601129.jpeg)






