"Roma" və "Milan" cari yay "transfer pəncərəsi"nin sonunda səs-küylü hücumçu mübadiləsi həyata keçirə bilərlər.
Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercato" idman portalı məlumat yayıb.
Bildirilir ki, "Milan" Portuqaliya millisinin vingeri Rafael Leaudan azad olmağın yollarını axtarır. "Roma" isə onu argentinalı hücumçu Matias Soule ilə dəyişməyə hazırdır. Belə bir variant ilk dəfə hələ iyulun sonlarında nəzərdən keçirilməyə başlanmışdı.
Hazırda bu mübadilə sadəcə bir ideya olaraq qalır, klublar hələlik bunun reallaşması istiqamətində heç bir konkret addım atmayıblar.
Hələ ötən mövsümün sonunda Leau bu yay "Milan"dan ayrılmaq niyyətində olduğunu bəyan etmişdi. Lakin o, karyerasını davam etdirmək üçün hələ də uyğun bir variant tapmayıb. Futbolçu ilə ən ciddi maraqlananlar isə Türkiyə klubları – "Qalatasaray" və "Fənərbaxça" olub.
"Transfermarkt" portalı Leaunun dəyərini 50 milyon avro, Souleni isə 35 milyon avro qiymətləndirir.


_1787601129.jpeg)










