"Çelsi" "Atletiko" Madridin və Argentina millisinin hücumçusu Xulian Alvaresin transferində maraqlı olan klubların sırasına qoşulub.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, ötən cümə günü Londonda "Atletiko" və "Çelsi" nümayəndələri arasında görüş baş tutub. Toplantıda "zadəganlar"ın hücumçusu Nikolas Ceksonun mümkün transferi müzakirə edilib. Bu danışıqlar zamanı "Çelsi" rəhbərliyi Alvaresin də mümkün keçid şərtləri ilə maraqlanıb.

Ceksona gəlincə, onun transferində əsas iddiaçı statusunu "Aston Villa" qoruyur.

Alvareslə həmçinin "Barselona" və "Arsenal"ın da maraqlanır. Lakin "Atletiko" hücumçunu Kataloniya klubuna satmağa isti baxmır.

Digər tərəfdən, madridlilərin azarkeşləri bir qədər əvvəl argentinalı futbolçuya qarşı etiraz aksiyası keçiriblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest