"Çelsi"nin ingiltərəli hücumçusu Liam Delap karyerasını "Nottinqem Forest"də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, "Nottinqem Forest" keçid imkanlarını müzakirə etmək üçün londonluların İngiltərə Premyer Liqasının ilk turunda "Fulhem"lə keçirəcəyi matçdan sonra "Çelsi" ilə əlaqə saxlayacaq. Paralel olaraq "meşəbəylər" futbolçunun agentləri ilə də danışıqlar aparır.

Ötən yay "Çelsi" Delapı "İpsviç"dən 35,5 milyon avroya transfer etmişdi. Hücumçu ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 41 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

23 yaşlı ingiltərəli futbolçunun London klubu ilə müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Oyunçunun transfer dəyəri 28 milyon avro qiymətləndirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest