"Lill"in 21 yaşlı hücumçusu Matias Fernandes-Pardo "Nyukasl"ın maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" idman nəşri məlumat yayıb.

Bildirilir ki, Fransa klubu artıq bonuslar xaric təxminən 40 milyon avro dəyərində təklif alıb. Futbolçunun özü Fransa klubu ilə Çempionlar Liqasında oynamaq imkanının olmasına baxmayaraq, elə bu yay komandadan ayrılmağa can atır. İngilislərdən başqa, onun transferinə Madrid "Atletiko"su və "Leypsiq" də iddialıdır.

"Lill" hücumçunu 2024-cü ilin yayında "Gent"dən transfer edib. Ötən mövsüm o, meydana çıxdığı 41 matçda 8 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest