İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojuk Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşma barədə danışıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis mətbuat konfransında rəqibin favorit olduğunu deyib:

"Bu qarşılaşma üçün xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum hazırlaşmışıq. İlk oyundan qalib ayrılmışıq. Üstünlüyü qorumağa çalışacağıq. Bu matçın favoriti "Sabah"dır".

Kojuk qalib gəlmək üçün çalışacaqlarını vurğulayıb:

"Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin çox yaxşı oyunçuları var".

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest