Yevlax klubu portuqaliyalı yarımmüdafiəçi Onyekaçi Silas Ezeni heyətinə qatıb.

"Karvan-Yevlax" transfer çalışmalarını davam etdirir. Yevlax klubu portuqaliyalı yarımmüdafiəçi Onyekaçi Silas Ezeni heyətinə qatıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

30 yaşlı futbolçu ölkəsinin "Boavişta", "Jil Visente", "Paredes", "Marinhense", "Varzim", Çexiyanın "Znojmo" klublarında forma geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest