12 Noyabr 2025, 14:23
FUTBOL
"Qalatasaray" "Napoli"nin yarımmüdafiəçisi Frank Anqissanı transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Kamerunlu futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, Neapol təmsilçisinin 3 illik yeni sözləşmə təklifini qəbul etməyib.
Bu durumdan yararlanmaq istəyən "Qalatyasaray" 29 yaşlı oyunçu üçün hərəkətə keçməyə planlaşdırır.
Qeyd edək ki, Frank Anqissa bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












_1762947774.jpg)