11 Noyabr 2025, 22:08
FUTBOL
Moskva "Spartak" baş məşqçisi vəzifəsində çalışan əfsanəvi serbiyalı Deyan Stankoviçlə tərəfdaşlığına son qoyub.
Matc.az xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəfdaşlıq qarşılıqlı razılaşma əsasında dayandırılıb. Komandaya müvəqqəti olaraq Vadim Romanov rəhbərlik edəcək.
Qeyd edək ki, Stankoviç 2024-cü ilin iyul ayından "Spartak"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda 64 oyun keçirib, 37 qələbə qazanıb, 11 heç-heçə edib və 16 dəfə məğlubiyyətlə üzləşib.








_1762880428.jpg)



