06 Noyabr 2025, 13:35
FUTBOL
"Real"ın futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Nyukasl" fransalı yarımmüdafiəçini transfer etmək istəyir. "Sağsağanlar" 22 yaşlı oyunçu üçün İspaniya klubuna 70 milyon avroluq təklif göndərib. La Liqa nəhəngi hələ ki təklifə cavab verməyib.
Qeyd edək ki, Eduardo Kamavinqa bu mövsüm "Real"ın heyətində keçirdiyi 10 oyunda 1 qol vurub.












