İtaliyanın "Tuttosport" idman qəzeti 2025-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirib.

Matc.az xəbər verir ki, bu ada mərhum portuqaliyalı hücumçu Dioqo Jota layiq görülüb.

"Mükafatı Dioqo Jotaya vermək qərarına gəldik. Bu seçim portuqaliyalı futbolçunun bütün futbol dünyası üçün nümunə olduğunun göstəricisidir", - deyə "Tuttosport"un açıqlamasında bildirilir.

Dioqo Jota 2025-ci il iyulun 3-də İspaniyanın şimal-qərbində baş verən avtomobil qəzasında 28 yaşında vəfat edib. Onun idarə etdiyi avtomobil təkər partladıqdan sonra idarəetməni itirib, sonra xəndəyə çırpılıb və alovlanıb. Hücumçunun qardaşı, Portuqaliyanın ikinci divizionunda peşəkar futbolçu olan Andre də vəfat edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest