"Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır".

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi səfərdə Fransaya 0:3 hesabı ilə məğlub olub.

Matc.az-ın AFFA-nın təşkilatçılığı və Mislinin dəstəyi ilə Fransaya ezam olunmuş əməkdaşının məlumatına görə, oyundan sonra millimizin müdafiəçisi Elvin Cəfərquliyev açıqlama verib.

- Mübarizəsiz meydandan çıxa bilmərik. Ən azından mübarizə apardıq. Rəqibin gücünü bilirsiz. Çox danışmağa ehtiyac yoxdur. Əlimizdən gələni etdik. Komanda olaraq çox yorğunuq. Qarşıda Ukrayna ilə oyun var. Hər şeyi unudub həmin matça hazırlaşmaq lazımdır.

– İlk hissənin sonunda buraxılan qol olmasaydı, başqa nəticəyə ümid etmək olardı?
– Demək çətindir. Əsas odur qoldan sonra dağılmadıq, həvəsdən düşmədik.

– Çempionlar Liqası oyunu, yoxsa bu matç?
– Çempionlar Liqası da səviyyəlidir. Komanda olaraq baxsaq, bugünkü rəqib daha səviyyəli idi.

– Psixoloji, fiziki yorğunluq Ukrayna ilə matçda çətinlik yarada bilər?
– Düşünmürəm. Belə qrafikdə oynamağa öyrəşmişik.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest