Braziliyalı vinger Savinyo "Tottenhem"in oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, "Mançester Siti"dən transfer edilən 22 yaşlı futbolçunun keçid şərtləri bütün lazımi prosedurlar başa çatdıqdan sonra rəsmiləşib. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.

Bu transferin ümumi dəyəri bonuslarla birlikdə təxminən 99 milyon avro (85 milyon funt-sterlinq) təşkil edir.

Qeyd edək ki, gənc vinger ötən mövsüm bütün turnirlərdə 36 matça çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest