"Çelsi"nin hücumçusu Joao Pedro İngiltərə Premyer Liqasında tarixi rekorda imza atıb.
Matc.az xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
Bildirilir ki, braziliyalı futbolçu "Fulhem"lə keçirilən qarşılaşmanın (3:2) 31-ci saniyəsində Koul Palmerin ötürməsini qola çevirib. Bu, çempionatın tarixində ilk turda qeydə alınan ən erkən qol olub.
Qeyd edək ki, London təmsilçisi Joao Pedronu 2025-ci ilin yayında "Brayton"dan 60 milyon avrodan baha qiymətə transfer edib.
Hücumçu londonluların heyətində keçirdiyi 54 matçda 24 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu uğurlu çıxışın ardınca klub rəhbərliyi braziliyalı forvard ilə müqaviləni yeniləyib. Yeni sözləşməyə əsasən, o, 2033/34 mövsümünün sonuna qədər komandada qalacaq.






_1787655193.jpg)






