25 Avqust 2026, 12:06
FUTBOL
"Barselona"nın sağ cinah müdafiəçisi Ektor Fort "Borussiya"ya keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Dortmund klubunun nümayəndələri 20 yaşlı ispaniyalı futbolçunu transfer etmək məqsədilə ötən bazar Kataloniyanın paytaxtında olublar.
"Barselona" bu keçiddən 10 milyon avrodan çox gəlir əldə etməyi hədəfləyir.
Qeyd edək ki, Fort ötən mövsümü icarə əsasında "Elçe"də keçirib. "Barselona"nın baş məşqçisi Hans-Diter Flik isə komandada onun yerinə 19 yaşlı sağ cinah müdafiəçisi Xavi Espartı saxlamağa üstünlük verib.





_1787655193.jpg)







