"Real"ın müdafiəçisi Din Hyöysen İspaniya millisinin düşərgəsini tərk edib.

Matc.az xəbər verir ki, buna səbəb "Real"ın futbolçusunun zədəli olmasıdır. Məlumatı İspaniya Futbol Federasiyasının mətbuat xidməti yayıb.

Hyöysenin əvəzinə "Atletik"də çıxış edən Aymerik Laport yığmaya dəvət olunub.

Qeyd edək ki, İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Gürcüstanı, 14-də isə Bolqarıstanıı qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest