Qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, Bakı vaxtı ilə saat 20:00-da Karvina şəhər stadionunda keçiriləcək Çexiya (U-21) - Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Matc.az xəbər veerir ki, qarşılaşmanı Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək:

10 oktyabr

Çexiya (U-21) - Azərbaycan (U-21)

Karvina şəhər stadionu. Saat 20:00
Baş hakim: Yovan Kaçevski
Baş hakimin köməkçiləri: Daniel Vasilevski, Aleksandar Gyorgyeski
Dördüncü hakim: Krumislav Gyorgiev
(Hakimlər briqadası Şimali Makedoniyadandır)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest