Fransa millisinin baş məşqçisi Didye Deşam "Monako"nun yarımmüdafiəçisi Pol Poqbanın komandaya mümkün qayıdışından danışıb.
Matc.az xəbər verir ki, Deşam Poqbanın millidə oynamasının hələ erkən olduğunu vurğulayıb.
"O, yenidən futbolçu olmağa yaxınlaşır. Milli komandaya gəlincə, onun qayıtmaq istədiyinə şübhəm yoxdur. Bu, onun məqsədidir. Amma əvvəlcə o, bir neçə mərhələdən keçməlidir.
Birincisi, "Monako"da oynamaqdır. Ümid edirəm ki, o, uğur qazanar. Bu, onun üçün vacib bir addım və böyük sevinc olacaq.
Bundan sonra, baxarıq. İndi "hə" desəm, hamı onun artıq qayıdacağını düşünəcək. "Yox" desəm, axmaq olduğumu düşünəcəklər. Ona görə də ən yaxşı seçim ona ilk mərhələdə uğurlar arzulamaqdır".
Xatırladaq ki, fransız futbolçu dopinqdən istifadə etdiyinə görə uzun müddət diskvalifikasiya olunmuşdu. Poqba "Monako"ya yay "transfer pəncərəsi" zamanı azad agent kimi keçib.












