"Bornmut"un yarımmüdafiəçisi Romen Fevr "Əl-Taavon"a keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, 27 yaşlı fransalı futbolçu bir mövsümlük icarəyə götürülüb.

Qeyd edək ki, o, əvvəllər "Brest", "Lorient" və "Lion" klublarında çıxış edib. Fevr peşəkar klub səviyyəsində 228 rəsmi oyun keçirib, 40 qol vurub və 23 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest