"Bayer" futbol klubunun rəhbərliyi Erik ten Haqın istefasından sonra boş qalan baş məşqçi postuna namizədlə bağlı qərar verib.

Matc.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.

Bu vəzifəyə əsas namizəd daha əvvəl Danimarka millisinə rəhbərlik etmiş danimarkalı mütəxəssis Kasper Yulmanddır. Hazırda tərəflər arasında danışıqlar yekun mərhələyə qədəm qoyub.

Bildirilir ki, Yulmandın komandanın yeni baş məşqçisi təyin olunması ilə bağlı rəsmi açıqlama gələn həftə gözlənilir. 53 yaşlı mütəxəssis hazırda azad agent statusundadır.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis artıq Bundesliqada "Maynts"ı çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest