Azərbaycan millisinin keçmiş futbolçusu Cavid İmamverdiyevin yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi “Şəki”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İmamverdiyev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Kəpəz” kimi klublarda çıxış edib.

“Şəki” yeni mövsümdə II Liqada mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest