03 Sentyabr 2025, 12:31
FUTBOL
İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinatlar açıqlanıb. Matc.az xəbər verir ki, Reykyavikdə baş tutacaq görüşü niderlandlı hakimlər idarə edəcək.
Qarşılamının baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona yan xətdə Rens Blümink və Stefan de Qroot kömək göstərəcək, dördüncü hakim isə Mark Naqteqaaldı. VAR-da Jerön Mansxot, AVAR-da Klay Ruperti əyləşəcək.
Qeyd edək ki, yığmamızın İslandiya ilə oyunu sentyabrın 5-də Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti saat 22:45-də start veriləcək.