"Qartallar"lar müqaviləsi bitən 5 oyunçu ilə birdəfəlik vidalaşıb.

Azərbaycan Kubokunun finalçısı "Zirə" yeni mövsüm öncəsi heyətin optimallaşdırılması prosesinə start verib. "Qartallar"lar müqaviləsi bitən 5 oyunçu ilə birdəfəlik vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ceyhun Nuriyev, Stefan Aka, Eldar Quliyev və Leroy Mikels ilə imzalanmış rəsmi müqavilələrin müddəti başa çatdığı üçün yenilənməyib.

Bundan əlavə, Xorvatiyanın "Varajdin" klubundan icarəyə götürülmüş gənc yarımmüdafiəçi Rüfət Abdullazadə də komandadan ayrılıb. Onun müqavilə şərtlərinə əsasən, icarə müddəti bitib və futbolçu çıxış etdiyi kluba geri dönüb.

Qəsəbə təmsilçisi adıçəkilən futbolçulara komandada göstərdikləri xidmətlərə və qazanılan uğurlardakı paylarına görə təşəkkür edib, onlara gələcək karyeralarında yeni uğurlar arzulayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest