31 May 2026, 18:02
FUTBOL
Nihat Mehralıyevin başa çatan rəsmi sözləşməsinin müddəti uzadılmayıb.
Yeni mövsüm öncəsi transfer çalışmalarını sürətləndirən "Şamaxı" komandada ciddi təmizləmə prosesini davam etdirir. Bölgə təmsilçisi daha bir gənc oyunçu ilə vidalaşıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Nihat Mehralıyevin başa çatan rəsmi sözləşməsinin müddəti uzadılmayıb.
Klub rəhbərliyi müdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, "Şamaxı" bunadək Rüfət Abbasov, Kərim Rossi, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli və Vladislav Veremeyevilə vidalaşıb.













