"Bakı çox təhlükəsiz və fərqli mədəniyyətə malik şəhərdir".

"Neftçi"nin futbolçusu İqor Ribeyro klubun mətbuat xidmətinə karyerası və Bakıdakı həyatı barədə danışıb.

Matc.az xəbər verir ki, futbola futbolçu olan atasının dəstəyi ilə başladığını deyən braziliyalı müdafiəçi artıq 3 irdir Azərbaycanda yaşadığını və bura çox bağlandığını bildirib:

"Bakı çox təhlükəsiz və fərqli mədəniyyətə malik şəhərdir".

"Neftçi"yə gəlişinə toxunan müdafiəçi, belə köklü bir klubdan gələn təklifi sevinclə qarşıladığını və valideynlərinin rəyini alaraq dərhal müqavilə imzaladığını vurğulayıb.

Müsahibənin daha ətraflı videosunu təqdim edirik:

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest