16 İyul 2025, 13:19
FUTBOL
"Leypsiq" "Leqanes"in və Fil Dişi Sahilinin U-23 komandasının hücumçusu Yann Diomade ilə müqavilə imzaladığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2030-cu ilin yayına kimi hesablanıb və təzminat məbləği, 20 milyon avrodur.
Qeyd edək ki, ötən mövsüm 18 yaşlı Diomade böyüklər səviyyəsində cəmi 10 oyun keçirib, o, iki qol vurub və bir məhsuldar ötürmə verib.