15 İyul 2025, 16:15
FUTBOL
"Neftçi" növbəti transferini reallaşdırıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" Venesuela millisinin yarımmüdafiəçisi Freddi Varqasla anlaşıb.
26 yaşlı futbolçu İsrailin "Makkabi" (Netanya) klubundan 1 il müddətinə icarəyə götürülüb.
Vətənindən başqa, ABŞ və İsrail liqalarında çıxış etmiş Varqas yarımmüdafiənin həm cinahlarında, həm də mərkəzində oynamağı bacarır.
Qeyd edək ki, o, Venesuela milli komandasında 3 oyun keçirib.