12 İyul 2025, 09:59
FUTBOL
"Liverpul" avtomobil qəzasında dünyasını dəyişən Dioqo Jotanın 20 nömrəli formasını əbədiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Jotanın nömrəsi dövriyyədən çıxarılıb. Bundan sonra "Liverpul"da heç bir futbolçu 20 nömrə altında oynamayacaq.
Qeyd edək ki, iyulun 3-də İspaniyada baş vermiş avtomobil qəzasında Dieqo Jota və onun qardaşı AAndre Silva həlak olublar.