"Palmeyras"ın braziliyalı vingeri Allan karyerasını "Mançester Siti"də davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, "Mançester Siti" və "Palmeyras" transferlə bağlı şifahi razılıq əldə ediblər. Keçidin məbləği bonuslarla birlikdə 40 milyon avro təşkil edəcək. Hazırda klublar lazımi sənədlərin mübadiləsini həyata keçirirlər.
"Palmeyras"ın yetirməsi olan Allan 2025-ci ilin yanvarından əsas komandada çıxış edir. Bu müddət ərzində 22 yaşlı vinger bütün turnirlərdə 96 matça çıxıb, 9 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Braziliya klubu ilə müqaviləsi 2029-cu ilin dekabrına qədər olan oyunçunun "Transfermarkt" portalındakı dəyəri 20 milyon avro qiymətləndirilir.
Allan Mançester təmsilçisində "Tottenhem"ə 75+10 milyon funt-sterlinqə satılan digər braziliyalı vinger Savinyonu əvəzləyəcək.









_1787655193.jpg)



