İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffona yığmada yeni vəzifə verilib.

Matc.az xəbər verir ki, bu barədə “Calciomercato.com” nəşri məlumat yayıb.

Bildirilir ki, İtaliya futbolunun əfsanəsi əvvəllər nümayəndə heyətinin rəhbəri olub və heç bir səlahiyyətə malik olmayıb. Lakin bundan sonra, Buffon ölkənin böyüklər və gənclərdən ibarət komandalarının idman direktoru olacaq.

Qeyd edək ki, əfsanəvi qapıçı 2023-cü ildə karyerasını başa vurduqdan sonra İtaliya millisində vəzifə alıb. Bundan əvvəl Buffonun AVRO-2024-dəki uğursuzluqdan sonra millini tərk edə biləcəyi bildirmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest