Madrid "Real"ının və Braziliya millisinin hücumçusu Endrik karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, Endrikin xidmətində "Roma" maraqlıdır. Söhbət satınalma seçimi olmadan 1 illik icarədən gedir.
"Roma" artıq bir neçə gündür bu sövdələşmənin baş tutması üzərində işləyir. Endrik özü "Roma"nın təklifini nəzərdən keçirməyə hazırdır, çünki "Real"ın yeni baş məşqçisi Joze Mourinyu yeni mövsümdə Madrid klubunda ona müntəzəm oyun təcrübəsinə zəmanət vermir.
Ötən mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirən Endrik bütün turnirlərdə meydana çıxdığı 21 matçda 8 qol və 8 məhsuldar ötürmə ilə yaddaqalan olub. 19 yaşlı braziliyalının transfer dəyəri 40 milyon avro qiymətləndirilir.













