İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel 2026-cı il dünya çempionatının yarımfinalında Argentinaya məğlubiyyətə (1:2) baxmayaraq, milli komandadakı postunu qoruyacaq.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi cari dünya çempionatındakı nəticədən asılı olmayaraq, almaniyalı mütəxəssisə etimad göstərməkdə davam edir.
Tuxelin 52 yaşı var. O, İngiltərə millisinə 2025-ci ildə baş məşqçi təyin olunub. Təcrübəli mütəxəssisin İngiltərə Futbol Assosiasiyası ilə hazırkı müqaviləsi Böyük Britaniya və İrlandiyada keçiriləcək AVRO-2028-in sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərə yığması 2026-cı il dünya çempionatının bürünc medal uğrunda matçında iyulun 19-da Fransa ilə qarşılaşacaq.













