İngiltərə millisinin hücumçusu Harri Keyn dünya DÇ-2026-nın 1/4 finalında Norveç yığması ilə oyunda meydana çıxıb.

Matc.az xəbər verir ki, "Opta Sport" sosial şəbəkə hesabı məlumat yayıb.

Bildirilir ki, bu oyunla futbolçu meydan oyunçuları arasında "üç şirlər"in heyətində ən çox oyuna çıxan Ueyn Runinin rekordunu (120) təkrarlayıb. Bu reytinqin lideri isə Piter Şiltondur (125).

İngiltərə və Norveç arasında keçirilən qarşılaşmada hazırda hesab açılmayıb – 0:0.

1/8 final mərhələsində Norveç millisi Braziliyanı 2:1 hesabı ilə məğlub edib, İngiltərə isə Meksikadan üstün olub – 3:2.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da Amerikanın İst-Raterford şəhərində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest