Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Matc.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" İslandiya səfərində "Vestri" ilə üz-üzə gələcək.
"Trottarvöllur" stadionunda baş tutacaq qarşılaşmanı çexiyalı hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Bakıda təşkil olunan ilk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri bu mərhələni uğurla keçəcəyi təqdirdə, II təsnifat mərhələsində ÇSKA (Sofiya, Bolqarıstan) – "Derri Siti" (İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
I təsnifat mərhələsi, cavab oyunu
16 iyul (cümə axşamı)
00:00. "Vestri" – "Qarabağ"
(İlk oyun – 0:3)
Baş hakim: Marek Radina
Baş hakimin köməkçiləri: Kamil Hayek, Petr Kotalik
Dördüncü hakim: Daniel Vokoun
VAR: Tomas Koçurek
AVAR: Ondrey Berka
"Trottarvöllur" stadionu (Reykyavik













