"Neftçi" Sloveniyanın Kranjska Qora bölgəsində təlim-məşq toplanışını plan üzrə davam etdirir.
"Neftçi" Sloveniyanın Kranjska Qora bölgəsində təlim-məşq toplanışını plan üzrə davam etdirir.
Matc.az xəbər verir ki, Bakı təmsilçisi bu gün növbəti hazırlıq prosesinə çıxıb.
"Ağ-qaralar" Sloveniyadakı son yoxlama oyununu iyulun 13-də Xorvatiyanın "Osiyek" klubuna qarşı keçirəcək. Həmin qarşılaşmadan dərhal sonra – iyulun 14-də komanda Bakıya geri dönəcək.
Futbolçulara veriləcək bir-iki günlük istirahətin ardından paytaxt klubu Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Dinamo" (Minsk, Belarus) – "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə rəsmi matçların hazırlıqlarına start verəcək.
"Ağ-qaralar" avrokubokdakı ilk matçını doğma meydanda keçirəcək. Bu mərhələnin ilk oyun iyulun 23-ü, cavab qarşılaşması isə 30-da baş tutacaq.
Xatırladaq ki, paytaxt təmsilçisi Sloveniyadakı əvvəlki yoxlama matçlarında "ÇFR Kluj"a 1:2, "Partizan"a 0:1 məğlub olsa da, son oyunda "Radniçki Niş" kollektivini 3:0 hesabı ilə darmadağın edib.













