"Galatasaray"ın fildişisahilli müdafiəçisi Vilfrid Sinqo İtaliya nəhəngi "İnter"in maraq dairəsinə düşsə də, tərəflər arasında aparılan transfer danışıqları gözlənilmədən dayandırılıb.

Matc.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Bildirilir ki, milanlılar 25 yaşlı futbolçunun meneceri ilə əlaqə saxlayıblar. Müdafiəçinin "Qalatasaray"dan illik 4,8 milyon avro qazandığını öyrənən "İnter" rəhbərliyi bu məbləği həddindən artıq yüksək hesab edib və transfer fikrindən daşınıb. Beləliklə, İtaliya təmsilçisi rəsmi təklif göndərmədən prosesi sonlandırıb.

"Sarı-qırmızılılar" ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçunu baş məşqçi Okan Buruk yüksək qiymətləndirir və onun gələcəkdə 60 milyon avro dəyərə çata biləcəyini düşünür.

Qeyd edək ki, ötən mövsüm İstanbul klubunun heyətində 29 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalan Sinqo, 2026-cı il dünya çempionatında Fildişi Sahili yığmasının formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest