Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının xüsusi reytinq cədvəli tərtib etməyə başladığı dövrdən bəri ilk dəfə qurumun sıralamasında ilk iki pillədə qərarlaşan komandalar dünya çempionatının finalında üz-üzə gələcəklər.
Matc.az xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
Bildirilir ki, milli komandaların rəsmi reytinqi ilk dəfə 1992-ci ildə tərtib olunmağa başlandığı halda, bu tarixi hadisə məhz 2026-cı il dünya çempionatının həlledici oyununda gerçəkləşəcək.
Cari turnirin finalında Argentina və İspaniya yığmaları çempionluq uğrunda mübarizə aparacaqlar. Bu, həmçinin dünya çempionatları tarixində ilk hadisədir ki, finalda son Avropa çempionatının və Amerika Kubokunun qalibləri qarşılaşacaqlar.
İspaniya 2024-cü ildə qitə birinciliyinin qalibi olub, Argentina isə həmin il Amerika Kubokunda baş mükafatı qazanıb.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının final qarşılaşması iyulun 19-da keçiriləcək.













