45 yaşlı Pap Tiav Seneqal milli komandasının baş məşqçisi postunu tərk edib.

Matc.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müvafiq qərarı federasiyanın İcraiyyə Komitəsi qəbul edib və bunu "Seneqal futbolunun maraqları naminə" hərəkət etmək zərurəti ilə izah edib.

Tiavın rəhbərliyi altında Seneqal yığması dünya DÇ-2026-da çıxış edib və mübarizəni 1/16 final mərhələsində dayandırıb. 1/16 finalda "Teranqa şirləri" hesatda 2:0 öndə olsalar da, Belçikaya məğlub olublar – 2:3.

Mütəxəssis Seneqal millisinə 2024-cü ilin dekabrında rəhbərlik etməyə başlayıb. Bu müddət ərzində o, komandanı Afrika Kuboku-2026-nın qələbəsinə daşısa da, sonradan seneqallıların öz qapılarına təyin olunan penaltidən sonra meydanı tərk etməsi səbəbindən texniki məğlubiyyətlə üzləşiblər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest